Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb » Memur.az

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıbBakı. 10 fevral. REPORT.AZ/ Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb. Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, əməkhaqqı artımı 4 faiz təşkil edib. Yəni, bunadək 125 manat alan sözügedən vəzifə sahibləri yanvarın 1-dən etibarən 130 manat alacaqlar.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Memur.az