Rusiyada kömür mədənində uçqun: Ölən və yaralanan var » Memur.az

Rusiyada kömür mədənində uçqun: Ölən və yaralanan var

Rusiyada kömür mədənində uçqun: Ölən və yaralanan varRusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə “Osinnikovskaya” («Осинниковская») mədənində qeydə alınıb.

Hadisə nəticəsində 1 şaxtaçı ölüb, daha biri xəsarət alıb. Uçqun zamanı mədəndə 125 nəfər olub.

Hadisə yerində operativ-əməliyyat tədbirləri davam etdirilir.

Memur.az