28 May yaxınlığında güclü partlayış olub - FOTO » Memur.az

28 May yaxınlığında güclü partlayış olub - FOTO

28 May yaxınlığında güclü partlayış olub - FOTO“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb. 28 May yaxınlığında güclü partlayış olub - FOTO09:57

Bakıda yaşayış binasında partlayış olub.

Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bidirilir.

Hazırda hadisə yerində araşdırma aparılır. 28 May yaxınlığında güclü partlayış olub - FOTO28 May yaxınlığında güclü partlayış olub - FOTO