“İmtahanların vaxtı gələn həftə elan ediləcək” » Memur.az

“İmtahanların vaxtı gələn həftə elan ediləcək”

“İmtahanların vaxtı gələn həftə elan ediləcək”


Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub.

Memur.Az APA-ya istinadən xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: "İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik".

M.Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.