Sabiq deputatın oğlunun məhkəməsinə mətbuat nümayəndələri buraxılmadı - YENİLƏNİB » Memur.az

Sabiq deputatın oğlunun məhkəməsinə mətbuat nümayəndələri buraxılmadı - YENİLƏNİB

Sabiq deputatın oğlunun məhkəməsinə mətbuat nümayəndələri buraxılmadı - YENİLƏNİB


Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Memur.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Mətbuat nümayəndələri prosesə buraxılmayıb.

Vəkil Cavanşir Məmmədov bildirib ki, zərərçəkmiş məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə prosesi noyabrın 8-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiam olunur. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Salahzadə "Azərsu" ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

------------

11:30

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Memur.Az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.

Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə "Azərsu" ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.