Həftənin ilk günü üçün hava proqnozu » Memur.az

Həftənin ilk günü üçün hava proqnozu

Həftənin ilk günü üçün hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Arabir güclənəcək. Aran rayonlarında gecə 2-6, gündüz 7-12 dərəcə, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

A. Verdiyevin məlumatın görə, aprelin 14-də gündüzdən yağıntılar tədricən kəsiləcək, aprelin 15-də əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir.