Bulvarda cadu tapıldı: İynə batırılmış soğan, kartof, şəkil və rəngbərəng qıfıllar - VİDEO » Memur.az

Bulvarda cadu tapıldı: İynə batırılmış soğan, kartof, şəkil və rəngbərəng qıfıllar - VİDEO

Bulvarda cadu tapıldı: İynə batırılmış soğan, kartof, şəkil və rəngbərəng qıfıllar - VİDEO


Bir tərəfdə iynə batırılmış soğan və kartof, digər tərəfdə isə şəkillərlə bərabər bağlı rəngbərəng qıfıllar. Oğlanın şəklinin üstündə şam yandırılıb, qızın şəklinin arxasında və əlavə bir kağızda isə həm ərəb, həm də kiril hərfləri ilə bəzi qeydlər yazılıb.


Memur.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Sumqayıt bulvarında tapılan belə bir cadu kimlərisə ayırmaq üçün deyil, iki gənci qovuşdurmaq üçün edilib. Yazıların çoxunda "Nərgiz Mikayılın məhəbbəti olsun" deyə cümlələr qeyd edilib.

Sumqayıt şəhər sakini Təmkin Kərimov bu cadunu dəniz kənarındakı restoranın yaxınlığında tapıb. Gənc oğlan cadunu tapan kimi əvvəlcə onu lentə alıb, sonra isə yandıraraq məhv edib.

Adətən kimləri isə ayırmağa, ailəsinə bədbəxtlik gətirməyə və digər bu kimi mənfi məqsədlərə hesablanan cadunun bu dəfə xoş niyyətə köklənməsinə də vətəndaşların münasibəti pisdir.