Bakıda kişini qadın tanışı bıçaqladı » Memur.az

Bakıda kişini qadın tanışı bıçaqladı

Bakıda kişini qadın tanışı bıçaqladı


Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Memur.Az "Report"a istinadən bildirir ki, Qara Qarayev prospektində, şadlıq evlərindən birinin yaxınlığında 1985-ci il təvəllüdlü Orucov Ramin Əbülfəz oğlu qadın tanışı ilə mübahisə edib.
Nəticədə qadın R.Orucova bıçaq xəsarətləri yetirib. Yaralı təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.