“Dəyişikliklər dövlət idarəçiliyi sistemini daha da təkmilləşdirəcək” » Memur.az

“Dəyişikliklər dövlət idarəçiliyi sistemini daha da təkmilləşdirəcək”

“Dəyişikliklər dövlət idarəçiliyi sistemini daha da təkmilləşdirəcək”

Elman Nəsirov – millət vəkili

Mövzu: Refendum: nəticələr, gözləntilər


- Konstitusiya islahatı ölkə həyatının ən müxtəlif sahələrinə - təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi və digər vacib məsələlərin tənzimlənməsinə aiddir.

- Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu bu dəyişiklik və əlavələrin hər biri mütərəqqi xarakter daşıyır. Və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir.

- Beynəlxalq qurumların Azərbaycanda keçirilən refrendumla bağlı belə ilkin rəyləri bir daha onu təsdiqləyir ki, Azərbaycan demokratik inkişaf yolunu seçib. Hər bir yeni seçkidə də həmin yolda mühüm addımlar atılır.

- Hakimiyyət xalqın mənafeyindən irəli gələn siyasət yürüdür. Ən başlıcası isə bütün bu dəyişiklərin müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. Xalq isə öz növbəsində Prezidentin istənilən layihəsini dəstəkləyir və bu dəfə də istisna təşkil etmədi.

- 2008-ci ildə Bakı prosesi başladı. Bakı prosesi 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə olmuşdu. Bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki, Bakı prosesi başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq tədbirlər keçirilmi və nəhayət, Bakı Humanitar Forumu artıq bir forum kimi formalaşmış və indi bu proses uğurla davam edir.