Zəvvarlar ilk qrupu Vətənə dönüb » Memur.az

Zəvvarlar ilk qrupu Vətənə dönüb

Zəvvarlar ilk qrupu Vətənə dönüb

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu qrupu gəlib. APA-nın məlumatına görə, Mədinədən havaya qalxan təyyarə yaxın dəqiqələrdə Heydər Əliyev Hava limanına enib.

Daha bir təyyarə reysinin də yaxın saatlarda eniş edəcəyi gözlənilir. Digər reyslər isə sabah və növbəti günə planlaşdırılır.
Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların Həccə səfəri başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gediblər. Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.