Rusiya Baş Qərargah rəisinin Ankaraya səfəri məhsuldar olub » Memur.az

Rusiya Baş Qərargah rəisinin Ankaraya səfəri məhsuldar olub

Rusiya Baş Qərargah rəisinin Ankaraya səfəri məhsuldar olub

Ankarada Rusiya və Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisləri Valeri Qerasimov və Hulusi Akar arasında baş tutan görüş çox müsbət və məhsuldar olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” Türkiyədəki hərbi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş iki ordu arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə imkan yaradıb.

Mənbələrin məlumatına görə, son 11 ildə ilk dəfə baş tutan görüş müsbət dəyişikliklərin davam etdirilməsinə yeni imkanlar yaradıb.

Danışıqların, əsasən, hərbi əməkdaşlıq və Suriyadakı münaqişəyə həsr olunduğu vurğulanır.