Azərbaycan prezidenti Ümumdünya Yәhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB Böyüt » Memur.az

Azərbaycan prezidenti Ümumdünya Yәhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB Böyüt

Azərbaycan prezidenti Ümumdünya Yәhudi Konqresinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB  Böyüt

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse- prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse- prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sterin üzv olduqları nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüşlərin keçiriləcəyini vurğulayan ölkə başçısı qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi əlaqələrin mövcudluğunu məmnunluqla qeyd edib.
Dövləti başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu, yəhudilərin ölkəmizin ictimai həyatında fəal rol oynadıqlarını və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşadıqlarını deyib. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşamasını dövlət siyasətinin təzahürü kimi dəyərləndirib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən dövlətimizin başçısı bunu ölkəmizin bu sahəyə verdiyi önəm kimi qiymətləndirib və Azərbaycanda bu sahədə həyata keçirilən işlərin dünyanın digər yerlərində də tətbiq olunmasının zəruriliyini bildirib.
Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında olan tarixi əlaqələrə və yəhudilər üçün ölkədə yaradılan şəraitə görə prezident İlham Əliyevə minnətdarlıq edib. O, Azərbaycanda yaşayan yəhudi icmasına olan münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu deyib. Qonaq qeyd edib ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın nail olduğu iqtisadi inkişaf onlarda böyük heyranlıq hissi doğurur.
***
11.56

Bakı-APA. Prezident İlham Əliyev Ümumdünya Yәhudi Konqresinin nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.