Prezident Şəkidə “Laza” sərhəd zastavasında olub - FOTO » Memur.az

Prezident Şəkidə “Laza” sərhəd zastavasında olub - FOTO

Prezident Şəkidə “Laza” sərhəd zastavasında olub - FOTO

Prezident İlham Əliyev Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan şəraitlə tanış olub.

Memur.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı Qəbələyə səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev prezident İlham Əliyevə bildirib ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhədlərinin mühafizəsi yüksək səviyyədə təşkil edilib.

Dövlət sərhədinin dağlıq ərazidə və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilər Qarabağ atları ilə və xüsusi təlim keçmiş itlərlə təmin olunublar.
Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradıl¬ıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, isti-rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.