Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir" » Memur.az

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

“Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bu günkü görüş yeni əməkdaşlığa təkan verəcək”.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.

“Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə prezident İlham Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbul edilməzdir: “Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.