Kredit borcundan yayınmaq üçün polisi aldatmağa çalışdı » Memur.az

Kredit borcundan yayınmaq üçün polisi aldatmağa çalışdı

Kredit borcundan yayınmaq üçün polisi aldatmağa çalışdı


Şirvan şəhər sakini polisi aldatmağa cəhd edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq “Daewoo” markalı avtomobilinin alınmasını bildirib.

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı N.Nəhmədovun “Nikoyl Bank”a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.