Azərbaycan Ramazan bayramını qeyd edir » Memur.az

Azərbaycan Ramazan bayramını qeyd edir

Azərbaycan Ramazan bayramını qeyd edirAzərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

Bu gün saat 09:00-da bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi bildirilir.

Fətvada Ramazan bayramının isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.

Memur.az