Niyam: “Acından öləsi deyiləm ki” » Memur.az

Niyam: “Acından öləsi deyiləm ki”

Niyam: “Acından öləsi deyiləm ki”Müğənnilikdən savayı gəlir yerim yox idi. Elə buna görə də özümə yeni klub açdım. Düşünürəm ki, bu sahədə də uğur qazana bilərəm.

Bu sözləri müğənni Niyam Salami yeni biznesi haqda danışarkən deyib. O, gecə klubu açacağını bildirib:(axar.az)
“Toylar azalıb, acından öləsi deyiləm ki. Mən də çörək pulumu nədənsə çıxarmalıyam. Buna görə məni kimsə qınamasın. Eyni anda müğənniliyimi də davam etdirirəm. Yəni bu mənə maneə deyil. Demək olar ki, hər il konsert verirəm. Hər bir konsertim yüksək səviyyədə olur. Səhnədə olanda hər şeyi unuduram, çünki sənətimi sevirəm. Yaradıcılığımda yeniliklər boldur. Bu yaxınlarda müğənni Mətanət Əsədova ilə duet oxudum, həmin mahnı sevildi. Daha bir tanınmış xanım müğənni ilə duet hazırlayıram. Həmin həmkarımın adını indi açıqlamaq istəmirəm. Hələlik sirr qalsın. Bunu konsertimdə açıqlayacağam”.


Memur.az