İlham Əliyevdən yeni təyinatlar - siyahı » Memur.az

İlham Əliyevdən yeni təyinatlar - siyahı

İlham Əliyevdən yeni təyinatlar - siyahıAzərbaycan prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinə yeni rektor təyin olunub. Yeni rektor indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevadır.İlham Əliyevdən yeni təyinatlar - siyahıN. Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.

Bu təyinata qədər Bakı Slavyan Univeristetinin rektoru Asif Hacıyev idi.

***

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni rektor təyinatı olub.

Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, Cəfər Cəfərov universitetin rektoru təyin edilib. Bu gün yeni rektor kollektivə təqdim olunacaq.İlham Əliyevdən yeni təyinatlar - siyahıQeyd edək ki, Cəfər Cəfərov bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində işləyib.

***

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Elşən İsgəndərov Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilib.

Memur.az