Tarix : 24-06-2016, 02:13 | Bölmə: cemiyyet, tedbirler

Vahid Ələkbərov yenidən “Lukoyl”un prezidenti seçilibİyunun 23-də Rusiyanın “Lukoyl” şirkəti səhmdarlarının illik iclası keçirilib.

İclasda Vahid Ələkbərov yenidən şirkətin prezidenti seçilib.

“Lukoyl”un nizamnaməsinə görə, səhmdarlar şirkətin prezidentini 5 illiyə seçirlər.

Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.

O, 1950-ci ildə Bakıda anadan olub. Milyarderdir, dünyanın ən varlı adamlarının siyahısında yer alır.

Memur.az

Oxşar xəbərlər