Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından6 il keçir » Memur.az

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından6 il keçir

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından6 il keçirBu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından6 il keçir
mubariz-1

Bu gün erməni işğalçıları ilə döyüşdə misilsiz şücaət göstərərək şəhid olan Mübariz İbrahimovun ölümündən 6 il ötür.

Memur.az Axar.az-a istinadla xəbər verir ki, 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2005-ci ildə hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidməti keçərək 2007-ci ildə çavuş, 2009-cu ildə isə gizir rütbəsində çalışdıqdan sonra öz istəyi ilə cəbhə bölgəsində hərbi xidmətə yollanıb.

2010-cu il iyunun 18-də, saat 23:00-da təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə beş saat təkbaşına döyüşüb, Ermənistan silahlı qüvvələrinin çoxlu əsgər və zabitini məhv etdikdən sonra səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, ona ölümündən sonra Milli Qəhrəman adı verilib və Azərbaycan uğrunda göstərdiyi şücaətə görə “İlin adamı” seçilib.

Memur.az