İlham Əliyevdən 4 yeni sərəncam verdi - təyinatlar var » Memur.az

İlham Əliyevdən 4 yeni sərəncam verdi - təyinatlar var

İlham Əliyevdən 4 yeni sərəncam verdi - təyinatlar varPrezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

İstiqlal.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”ə əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.

***

İlham Əliyev G.H.Məmmədovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

***

İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Asəf Mirzə oğlu
Hacıyev Arif Müseyib oğlu
Haqverdiyeva Tahirə Axi qızı
İmaməliyeva Cəmilə Nüsrət qızı
Quliyev Sabir Əli oğlu
Məmmədov Məhəbbət Aşır oğlu
Nağıyev Nizami Həsən oğlu
Sadıkov Polad Məmmədoviç
Şirinzadə İradə Nüsrət qızı.

***

İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Əliyev Rafiq Musa oğlu
Əliyev Surxay Süleyman oğlu
Hacıyev Muxlis Əhməd oğlu
İsmayılov Şahin Məmməd oğlu
Qəhrəmanlı Yaşar Vəli oğlu
Qəniyeva Saçlı Abdulxaq qızı
Qəribov Rahad Tanrıverdi oğlu
Məmmədov Hikmət Süleyman oğlu
Musayev Zakir Səməd oğlu
Səmədov Yaşar Hüseyn oğlu
Tağıyeva Validə Abbasovna
Vahabov Nadir Eyub oğlu
Zəkiyeva Şükufə Böyük Ağa qızı.

Memur.az