Ramil Usubov: Bakıda 3 min polis təhlükəsizliyi təmin edəcək » Memur.az

Ramil Usubov: Bakıda 3 min polis təhlükəsizliyi təmin edəcək

Ramil Usubov: Bakıda 3 min polis təhlükəsizliyi təmin edəcəkİyunun 15-dən Azərbaycan polisi gücləndirimiş iş rejiminə keçib. Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə, məqsəd Bakıda keçiriləcək "Formula 1" yarışlarında təhlükəsizliyin təmin edilməsidir: "Yarışın özündə təhlükəsizliyin təmin edilməsi üçün 3 minə yaxın daxili işlər əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib".

Memur.az