Azərbaycanda yay fəsli gələn həftədən başlayır » Memur.az

Azərbaycanda yay fəsli gələn həftədən başlayır

Azərbaycanda yay fəsli gələn həftədən başlayırAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb.

Gün.Az-a AMEA-dan bildiriblər ki, martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, rəsədxana payızın gəlişinin sentyabrın 22-si saat 18:21-də, qışın gəlişinin isə dekabrın 21-i saat 14:44-də baş verəcəyini müəyyənləşdirib.

Memur.az