Hökumətdən daha bir birləşmə anonsu - təfsilat » Memur.az

Hökumətdən daha bir birləşmə anonsu - təfsilat

Hökumətdən daha bir birləşmə anonsu - təfsilatKənd Təsərrüfatı Nazirliyinin imkanlarını genişləndirmək qərarı verilir, Su və Meliorasiya Təsərrüfatıyla birləşir

Azərbaycan hökuməti eyni funksiyanı həyata keçirən və ya təkrarlayan qurumları birləşdirmək üçün planının ikinci hissəsini işə salır. İndiyə qədər bununla bağlı bir sıra addımlar atılıb. Lakin həmin addımların yetərli olmadığı da vurğulanıb. Son günlər rəsmi qurumlardan gələn açıqlamalardan da belə aydın olur ki, prosesi genişləndirmək və daha bir neçə qurumu birləşdirmək üçün ikinci mərhələyə start verilib.

Politika.Az xəbər verir ki, hazırda hökumətin baş sındırdığı əsas məsələdə kənd təsərrüfatı sektorunu inkişaf etdirməkdir. Son illərin təcrübəsi göstərdi ki, təkcə neftə və ya qaza güvənmək olmaz. Əksinə, kənd təsərrüfatı mütləq prioritet olmalıdır. Elə bu səbəbdəndir ki, iki ildir bu sahəyə müəyyən diqqət artırılıb. Amma ortada ciddi problemlər də var. Xüsusən də Kənd Təsərrüfatı Nazirliyinin (KTN) struktur tərkibi və səlahiyyətlərinin yetərli olmamamsı kimi.

Qeyd edək ki, KTN hazırda əkinçilik və heyvandarlıqla məşğul olur. Amma bir çox məsələlərdə dirənib qalıb. Məsələn, suvarma məsələsi tamam başqa bir qurumun əlindədir. Eyni zamanda, digər məsələlərdə də ciddi problemlər var. Politika.Az bildirir ki, hökumət əvvəlcə Azərsu ilə Su və Meliorasiya Təsərrüfatı ASC-ni birləşdirmək istəsə də, sonradan fikrindən dönüb. Bununla bağlı saytımıza daxil olan məlumatda deyilir ki, Əhməd Əhmədzadənin başçılıq etdiyi qurum yaxın vaxtlarda KTN-ə birləşdiriləcək. Bu əkin sahələrinin suvarılması prosesində yaranan əngəlləri aradan qaldırmaq və daha effektiv hərəkət etməyi təmin etmək məqsədi güdür. Ekspertlər bildirirlər ki, əgər belə bir addım atılarsa, o zaman daha yaxşı nəticələr əldə etmək mümkün olar. Çünki hər şeyin bir əldə cəmləşməsi təbii inhisar yaratsa da, yekunda bir çox sahələrin inkişafına da təkan verir. (Politika.Az)

Memur.az