Penitensiar Xidmətin yeni rəisi kollektivə təqdim olunub » Memur.az

Penitensiar Xidmətin yeni rəisi kollektivə təqdim olunub

Penitensiar Xidmətin yeni rəisi kollektivə təqdim olunubƏdliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.

APA-nın məlumatına görə, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.

Qeyd edək ki, C. Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.

C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.

Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı.

Memur.az