İlham Əliyev: "Formula-1"i izləyənlərin 1%-i Bakıya gəlsə..." » Memur.az

İlham Əliyev: "Formula-1"i izləyənlərin 1%-i Bakıya gəlsə..."

İlham Əliyev: "Formula-1"i izləyənlərin 1%-i Bakıya gəlsə...""Bu gün bizim aramızda yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Avropa İttifaqına üzv olan 8 ölkə ilə strateji tərəfdaşlıqla bağlı sənədləri imzalayıb və ya qəbul edib. Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının ümumi formatı üçün yaxşı əsasdır. Turizm potensialı əməkdaşlıq sahələrindən biridir".

Bu barədə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev məlumat verib.

"İki həftədən az müddətdə başlayacaq “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur", - deyə prezident bildirib.

Daha sonra İlham Əliyev Azərbaycanda keçirilən Avropa Oyunlarına toxunub:

"Ötən il biz Bakıda Olimpiya Hərəkatının tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Oyunlar çox uğurlu oldu. 2017-ci ildə biz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Bu, onu göstərir ki, Azərbaycan İslam mədəniyyətinin bir hissəsi olan və eyni zamanda, Avropa təsisatları və ölkələrinə yaxından inteqrasiya etmiş bir ölkədir".

Memur.az