İlham Əliyevlə Sarkisyan nə vaxt görüşəcəklər? - 14 İYUN GÖZLƏNTİSİ » Memur.az

İlham Əliyevlə Sarkisyan nə vaxt görüşəcəklər? - 14 İYUN GÖZLƏNTİSİ

İlham Əliyevlə Sarkisyan nə vaxt görüşəcəklər? - 14 İYUN GÖZLƏNTİSİQarabağ danışıqlarının Moskvada keçiriləcəyinə dair xəbərlər yayılıb

Aprel müharibəsindən sonra Rusiyadan atəşkəs üçün vasitəçilik etməyi xahiş edən Ermənistan prezidenti Serj Sərkisyan artıq yeni danışıqlar raunduna hazırlaşır. Politika.Az xəbər verir ki, Ermənistan mətbuatı Sərkisyanın Rusiyanın himayəsi altında danışıqlar prosesinə qatılmağı qərarlaşdırıb və bununla bağlı Moskva tərəfindən təyin olunacaq tarixi gözləyir.

Rusiya mətbuatı isə yazır ki, Prezident İlham Əliyev də Qarabağ danışıqlarının davam etdirilməsi üçün zəruri olan bütün addımları atıb. Vyanada keçirilən görüşdən sonra prezidentlərin yenidən görüşməsi qərarlaşdırılıb. Lakin ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə keçiriləcək görüşün konkret olaraq hansı tarixə təsadüf edəcəyi hələlik məlum deyil. Elə ötən günlərdə Amerikalı həmsədr Uorlik də bəyan edib ki, onlar tarixin müəyyən ediləcəyini səbirsizliklə gözləyirlər.

Politika.Az bildirir ki, jam.az diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş tarixi olaraq ilkin versiya olaraq 14 iyunun nəzərdə tutulub. Mənbələrin sözlərinə görə, rəsmi Bakı görüşün daha tez baş tutmasında maraqlıdır, lakin erməni tərəfi tam hazır olmadığını əsas gətirərək, iyunun ortalarından sonra görüş keçirməyi məqbul bilib. Amma Azərbaycan tərəfi iyunun 14-ü tarixini daha münasib bilib və İrəvandan da bununla bağlı cavab gözləyir. Üstəlik, görüşün Moskvada keçiriləcəyi qeyd olunur.

Mənbələr deyirlər ki, Ermənistan tərəfinin görüş vaxtını uzatmaqda məqsədləri danışıqlardan boyun qaçırmaq məqsədi güdür. Bunu Azərbaycan tərəfi də bilir. Amma danışıqların bu şəkildə də uzadıla bilməsi imkansızdır. «Çünki Qarabağ cəbhəsində vəziyyət sabit deyil və müharibənin hər an başlama ehtimalı var. İndiki kritik məqamda ermənilərin vaxt udmaq üçün manevrlər etməsi isə əsəbləri daha da tarıma çəkərək, hərbi əməliyyatların başlanmasını zəruri edə bilər»(Politika.Az)

Memur.az