Məktəblərdə yeni pul yığmaq üsulu - Mikayıl Cabbarovun xəbəri varmı? » Memur.az

Məktəblərdə yeni pul yığmaq üsulu - Mikayıl Cabbarovun xəbəri varmı?

Məktəblərdə yeni pul yığmaq üsulu - Mikayıl Cabbarovun xəbəri varmı?Bakı və Abşerondakı bir çox məktəblərdə yeni pul yığımına strat verilib. Belə ki, dərs ilinin sonun doğru valideynlərdən 10-25 AZN arası pul istənilir

Bu barədə vətəndaşlardan daxil olan məlumatlarda qeyd olunur.

Yeni pul yığımının səbəbi isə kifayət qədər maraqlıdır: valideynlər yeni dərs ilində uşaqlarının məktəblərə birinci növbədə (səhər növbəsi) gəlmələrini istəyirlərsə, buna görə pul vermələri tələb edilir. Şərti olaraq, “növbəpulu” adlanan həmin məbləğ bəzi məktəblərdə 10, bəzi məktəblərdə 15-20, bir çoxlarında isə 25 AZN-ə çatır.

Əksər valideynlərin bununla razılaşmaqdan başqa yolu qalmır. Məsələ burasındadır ki, həm şagirdlər, həm də valideynlər üçün səhər növbəsi daha rahatdır. Şagirdlər belədə məktəbdən sonra hazırlığa getmək üçün xeyli vaxt qazanırlar. Bundan başqa, qış mövsümündə ikinci növbə dərsə gedən uşaqlar evə az qala qaranlıq düşəndən sonra gəlmək məcburiyyətində qalırlar ki, bu da istər-istəməz ata-anaların narahatlığına səbəb olur.
İşləyən valideynlər üçün də uşaqlarını səhər məktəbə yola salmaq daha məqsədəuyğundur. Bu isə məktəb rəhbərləri üçün fürsətə çevrilib və onlar “növbəpulu” kimi yeni, əndrabadi qazanc mənbəyi yaradıblar.

Əldə etdiyimiz məlumata görə, əvvəllər də belə pulyığımları olub. Amma son iki ildə “növbəpulu” xeyli kütləviləşib. Məsələdən Təhsil Nazirliyində xəbərdardırlarmı? Nazir Mikayıl Cabbarov məktəblərimizə yeni pulyığımının ayaq açdığını bilirmi? Qoy bu sualları adları çəkilənlər özləri cavablandırsınlar.(qaynarinfo.az)


Memur.az