İlham Əliyev: “Azərbaycanın daim Əfqanıstanın yanında olacaq“ » Memur.az

İlham Əliyev: “Azərbaycanın daim Əfqanıstanın yanında olacaq“

İlham Əliyev: “Azərbaycanın daim Əfqanıstanın yanında olacaq“Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfərini xatırlayan dövlətimizin başçısı səfərin uğurlu və səmərəli keçdiyini qeyd edib.

Prezident hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Əfqanıstan prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlət başçısı Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib.

Dövlət başçısı Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.

Öz növbəsində, Mohammad Xanif Atmar deyib ki, ölkəsinin prezidenti Azərbaycan prezidentinin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Memur.az