İlham Əliyev: “Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq” » Memur.az

İlham Əliyev: “Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq”

İlham Əliyev: “Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq”"Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir"

Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.

Prezident İlham Əliyev Heydər Əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib: “Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.

Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik edib, sabitlik və inkişaf arzulayıb.

Vyana sammitində müsbət qərarın qəbul edilməməsi qısa müddətdə neftin qiymətini 46 dollar/barelə qədər azalda bilər. Daha sonra isə qiymətlərin yenidən 55 dollar/barelə qədər artması və 2016-cı ilin son rübünə qədər 40-55 dollar diapazonunda qalması proqnozlaşdırılır.(apa)

Memur.az