Elmi-tədqiqat institutunun adı dəyişdirildi – Sərəncam » Memur.az

Elmi-tədqiqat institutunun adı dəyişdirildi – Sərəncam

Elmi-tədqiqat institutunun adı dəyişdirildi – SərəncamPrezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında Sərəncam imzalayıb.

Memur.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Memur.az