Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yangından bir ötür » Memur.az

Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yangından bir ötür

Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yangından bir ötürPaytaxtın Binəqədi rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən bir il ötür. Modern.az saytı xəbər verir ki, çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.

Təqsirləndirilən şəxslərin cinayət işi bir neçə gün əvvəl baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Memur.az