Səfərbərlik Xidməti ləğv olunur - DAHA BİR BİRLƏŞMƏ » Memur.az

Səfərbərlik Xidməti ləğv olunur - DAHA BİR BİRLƏŞMƏ

Səfərbərlik Xidməti ləğv olunur - DAHA BİR BİRLƏŞMƏArzu Rəhimovun Müdafiə Nazirliyində baş hərbi komissar olmaq arzusu reallaşmadı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv olunur. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, xidmət ləğv olunaraq, yenidən Müdafiə Nazirliyinin tabeçiliyinə veriləcək və orada Baş İdarə statusu alacaq.

Qeyd edilir ki, bu barədə təşəbbüslə müdafiə naziri Zakir Həsənov çıxış edib. Politika.Az-a daxil olan bilgilərdə vurğulanır ki, Həsənovun belə təşəbbüs irəli sürməsi səbəbsiz olmayıb. Belə ki, nazir orduda aparılan təftişlər zamanı müəyyən edib ki, hərbi xidmətə göndərilən gənclərin bəzilərinin sağlamlığı yerində deyil. Bundan əlavə, orduya yararsızların da «plan dolsun deyə» hərbi xidmətə çağırıblar. Nəticədə, əsgər ölümlərinin sayında gözlənilməz artım qeydə alınıb.

Mənbələrin iddiasına görə, hətta bununla bağlı yuxarı instansiyalarda bir müddətdir müzakirələr də aparılırmış. Və müdafiə nazirinin ortaya qoyduğu dəlil-sübutlardan sonra məsələ qətiləşib və ləğv prosesi üçün hazırlıqlar başlayıb.

Politika.Az xəbər verir ki, xidmətin ləğv edilməsi iyunun sonlarına təsadüf edəcək. Buna səbəb də iyulun 1-dən etibarən yeni hərbi çağırış prosesinin başlamasıdır. Artıq yeni yaradılacaq Baş İdarənin strukturu və vəzifələri də müəyyənləşdirilib. İyulun 1-dən etibarən isə yeni hərbi çağırış prosesini Müdafiə Nazirliyi reallaşdıracaq.

Bu əsnada Arzu Rəhimovun durumunun necə olacağı da kifayət qədər maraqlıdır. Mənbələr bildirirlər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırkı rəhbəri yuxarı dairələrin gözündən düşdüyü üçün ona heç bir vəzifə verilməyəcək. İddia edilir ki, Rəhimovun əlaqələr taparaq, Baş Hərbi Komissar olmaq istəkləri də baş tutmayıb. Bir sözlər, Arzu Rəhimovun arzusu ürəyində qalıb.
(Politika.Az)

Memur.az