Əziz Əzizov Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi - FOTOLAR » Memur.az

Əziz Əzizov Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi - FOTOLAR

Əziz Əzizov Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi - FOTOLARDİA.AZ: - Cəlilabad RİH-nin başçısı Əziz Əzizov 05.05.2016-cı il tarixdə Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi. Görüşdə çıxış edən İcra başçısı ölkədə gedən inkişaf prosesləri, rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışmış, Şiləvəngə kənd sakinlərinin elektrik enerjisi və təbiiz qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.

DİA.AZ xəbər verir ki, aprelin 2-dən 5-dək rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə geniş məlumat vermişdir. Ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan qələbədən doğan ruh yüksəkliyini, xüsusilə gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırmışdır.İcra başçısı əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd etmişdir ki, bu istiqamətdə bir sıra sosial proqram və layihələr icra edilir. Cənab Prezidentin son günlərdə imzaladığı Sərəncama əsasən respublikanın şəhər və rayonlarında sosial mənzillərin tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradıldığını vurğulayan natiq imkansız ailələrin yaxın illərdə əlverişli qiymətə mənzil sahibi olacaqlarını söyləmişdir. Əziz Əzizov rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən söhbət açmış, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər barədə, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı görüləcək işlərlə bağlı ətraflı məlumat vermişdir. Natiq çıxışında rayonda pambıqçılığı inkişaf etdirmək üçün mühüm addımlar atıldığını,rayonda 400 hektar ərazidə pambıq əkinin aparıldığını, vətəndaşın işlə təmin olunacağını diqqətə çatdırmışdır. Görüşdə çıxış edən kənd sakinləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təxribatçılarına qarşı cəbhədə qazanılan böyük uğurlardan, düşmənə endirilən sarsıdıcı zərbədən qürur duyduqlarını ən xoş sözlərlə ifadə etmiş, bütün cəlilabadların möhtərəm Prezidentimizin ətrafında sıx birləşdiklərini bildirmiş, cəbhədə qəhrəmanlıqla şəhid olmuş igid əsgərlərimizin şücaətindən danışmış, onların ruhları qarşısında baş əydiklərini söyləmişlər.Sonra sakinlər tərəfindən bir sıra təkliflər irəli sürülmüş, fərdi müraciətlər dinlənilmişdir.İcra başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar vermiş, bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Görüşün sonunda İcra başçısı bir daha, hər bir vəzifəli şəxsin dövlət başçısından nümunə götürərək, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı olduqlarını, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etmələrini nəzərə çatdırıb .Əziz Əzizov Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi - FOTOLAR
Əziz Əzizov Şiləvəngə kəndində vətəndaşları qəbul etdi və onların problemlərini dinlədi - FOTOLAR