Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLAR » Memur.az

Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLAR

Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLAR"Allaha yalvarırdım ki, Şulanın toyunu görmədən, məni öldürmə...”

Azvision.az-ın əməkdaşıə aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbçilərimizdən əsgər, 1996-cı il təvəllüdlü Şulan Bayramovun ailəsinə baş çəkib.

Ş.Bayramov ordu sıralarından tərxis olunmasına bir neçə gün qalmış şəhid olub. O, doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Saytın əməkdaşı ilə həmsöhbət olan şəhidin anası Türkanə Bayramova oğlunun döyüşlərdə qəhrəmancasına həlak olduğunu deyib: "İki oğlum var idi. Şulan şəhid olandan sonra indi ümidlərimiz balaca oğlum Eminədir. O, 4 ay olar ki, hərbi xidmətə gedib, heç olmasa bir balam sağ qayıtsın. Şulan Talış kəndində həlak olub. Hərbi xidmətini başa vurub, aprelin 1-də evə gələcəkdi. Gələ bilmədi”.Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLART.Bayramova hərbi xidmətdə olduğu zamanı Şulanla ara-sıra əlaqə saxladığını bildirib: "Aprelin 1-də atasının ad günü idi. Şulan sevinə-sevinə zəng etmişdi ki, atanın ad günündə evdə olacağam... Döyüşlər başlayanda da zəng etdi. Dedi ki, ana, narahat olmayın, hər şey yaxşıdır, aprelin 3-də evə qayıdacağam. Oğlum ayın 4-də şəhid oldu... Torpağım Şulanın torpağına qarışana kimi bu dərd mənim ürəyimdə qalacaq. Oğlumun yolunu gözləyirdim, meyiti gəldi”.Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLARŞəhidin atası Bayram Bayramovun sözlərinə görə, oğlu orta məktəbi bitirdikdən sonra kollecə daxil olub. Şulan təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etdirmək istəyib: "Şulan Azərbaycan Dəniz Balıq Sənayəsi Kollecinə qəbul olunmuşdu. 3 il, 8 ay kollecdə oxumalı idi. Hərbi xidməti başa vurduqdan sonra təhsilinə davam edəcəyini deyirdi. Heyif, oğlumun arzusu ürəyində qaldı..”Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLARŞəhidin əmisi qardaşı oğlunun nümunəvi əsgər oldunu vurğulayıb: "Komandirləri Şulandan razı idilər. O, hərbi hissədə ən nümunəvi əsgərlərdən idi. Əsgər yoldaşlarının dediyinə görə, düşmənə döyüşlərdə kişi kimi vuruşub. Hərbçi yoldaşlarına kömək etmək üçün irəli gedib, orada da şəhid olub. Sonuncu mesajını isə sinif yoldaşına göndərib. "Son 7 saat, Allaha əmanət olun”, -deyə dostları ilə vidalaşıb.Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLARŞəhid əsgərin nənəsi Maral Bayramova Şulanın yoxluğuna dözə bilmədiyini deyib: "Biz onun gəlişinə hazırlaşırdıq. Deyirdik, Şulan salamat gəlsin, qonaqlıq verək. Şulanın mənim ilk nəvəmdir. Həmişə arzulayırdım ki, balam əsgərlikdən salamat qayıtsın, onu evləndirək. Şulanın toyunu görmək arzusu ilə yaşayırdım. Nəvəm axrıncı dəfə Novruz bayramında mənə zəng etmişdi, mənlə bayramlaşdı. Səbrsizliklə aprel ayını gözləyirdik ki, evə gələcək. Allaha yalvarırdım ki, Şulanın toyunu görməyi mənə nəsib etdin. Hardan bilərdik ki, onun cənazəsi gələcək”.Şəhidin vida məktubu: "Son 7 saat, Allaha əmanət olun" - FOTOLAR