Ramil Usubov bu dəfə 1500 nəfərə baxdı, 520-sini seçdi » Memur.az

Ramil Usubov bu dəfə 1500 nəfərə baxdı, 520-sini seçdi

Ramil Usubov bu dəfə 1500 nəfərə baxdı, 520-sini seçdiBu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" prezidentin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazirliyin Mətbuat Xidmətindən TİA.AZ-a verilən məlumata görə, aidiyyatı Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb.
Təxminən 1500 iddiaçının sıralarından daha hazırlıqlı olan 400 nəfər polisin sıravi və kiçik rəis heyəti, o cümlədən Daxili Qoşunların sıralarında xidmətə, 120 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün müvafiq göstəriş verilib.
Sonra namizədlər qarşısında çıxış edən nazir milli lider Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin mükəmməl təhsil almış, yüksək intellektə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını vurğulayıb.
Sonda R. Usubov gələcək çətin, lakin şərəfli xidmətlərində gənclərə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarında mövcud olan ən yaxşı ənənələri davam etdirəcək, qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparacaq, Vətəninə, xalqına və prezidentinə sədaqətlə xidmət edəcəklər.