Tibb Universitetinə yeni rektor təyin edildi » Memur.az

Tibb Universitetinə yeni rektor təyin edildi

Tibb Universitetinə yeni rektor təyin edildiO, artıq kollektivə təqdim edilib.
Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub. Bu barədə ANS PRESS-ə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verdi.
"Prezidentin sərəncamına əsasən universitetin yeni rəhbəri Gəray Gəraybəyli təyin olunub. Biz, hətta, bu gün Gəray müəllimi çağırıb kollektivə də təqdim etmişik", - deyə Günel Aslanova bildirdi.
Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb. Gəray Gəraybəyli - Tibb Universitetinin rektoru
Bundan əvvəl Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov idi. O, deputat seçildiyi üçün rektorluqdan gedib. Əhliman Əmiraslanov 1992-ci ildən 2015-ci illərər qədər Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsini icra edib. Memur.az AZfakt a istinad edir. Tibb Universitetinə yeni rektor təyin edildi