"CinemaPlus" kinoteatrında Ancelina Colinin və Bred Pittin iştiraki ilə "Dəniz kənarında" filminin nümayişi baş tutub » Memur.az

"CinemaPlus" kinoteatrında Ancelina Colinin və Bred Pittin iştiraki ilə "Dəniz kənarında" filminin nümayişi baş tutub

"CinemaPlus" kinoteatrında Ancelina Colinin və Bred Pittin iştiraki ilə "Dəniz kənarında" filminin nümayişi baş tutubBakı, 11 fevral: Azərbaycanın premium kinoteatrı "CinemaPlus" "Dəniz kənarında" melodramının nümayişinə başlayıb.

Ailəvi münaqişələr, davalar və göz yaşları, 70-ci illərin estetikası və Fransız Rivyerasının mənzərələri. Yeni film üçün bu ssenarini Coli özü yazıb, o, həmçinin filmin rejissoru kimi də çıxış edib. Ancelina öz rejissor karyerasında artıq Kinorejissorlar Gildiyasının mükafatını alıb. Yeni filmdə Ancelina Coli və Bred Pittdən başqa Melani Loran, Melvil Pupo və Nils Arestrup iştirak ediblər.

Keçmiş rəqqasə Vanessa və onun əri, amerikalı yazıçı Roland ölkəni səyahət edir. Baxmayaraq ki, vaxt keçdikcə onlar bir-birindən uzaqlaşırlar, bir dənizkənarı şəhərcik hər şeyi dəyişir...

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28-Mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı - "CinemaPlus"dır.

http://cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/