Vüqar Həşimovun xatirə turniri keçirilməyəcək? » Memur.az

Vüqar Həşimovun xatirə turniri keçirilməyəcək?

Vüqar Həşimovun xatirə turniri keçirilməyəcək?Maliyyələşdirmədə problemlər var.

Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Üçüncü şahmat super turnirinin keçirilməsi böyük sual altındadır.

Memur.Az xəbər verir ki, maliyyə problemləri ilə əlaqədar “Memorial-2016” baş tutmaya bilər.

İlk iki turnir 2014-cü və 2015-ci illərdə Şəmkirdə keçirilib. Yarışlarda çox güclü iştirakçı heyəti toplanmışdı.

Şəmkirə norveçli dünya çempionu Maqnus Karlsen gəlmişdi.