Evlərdən oğurluq edən dəstə üzvləri ələ keçdilər » Memur.az

Evlərdən oğurluq edən dəstə üzvləri ələ keçdilər

Evlərdən oğurluq edən dəstə üzvləri ələ keçdilərQubada evlərdən oğurluq edən dəstə üzvləri tutulub.

Memur.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Mübariz Paşayevin evindən 100 ABŞ dolları və geyim əşyaları oğurlayan Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov tutulub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon sakinləri S.Nəcəfova, Z.Əmirxanovaya məxsus evlərdən oğurluğa cəhd göstərmələri, L.Abbasovanın, V.Abdullayevin evlərindən qızıl əşyalar və pul oğurlamaları, həmçinin E.Əmirbəyovun və A.Qurbanovun Quba şəhər sakini Qalib Sultanovla birgə həmyerliləri Ramiz Dəmirovun evindən sənəd və ətir oğurlanmaları da müəyyən edilib. Həyata keçirilən tədbirlərlə Q.Sultanov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.