Akademik Opera və Balet Teatrında növbəti dəfə “Qız qalası” nümayiş olacaq » Memur.az

Akademik Opera və Balet Teatrında növbəti dəfə “Qız qalası” nümayiş olacaq

Akademik Opera və Balet Teatrında növbəti dəfə “Qız qalası” nümayiş olacaq
Yanvarın 9-da Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası nümayiş olunacaq.

Memur.Az xəbər verir ki, milli balet sənətinin ilk nümunəsi olan bu balet uzun illərdir ki, teatrın repertuarındadır.

Hər zaman da baletsevərlər tərəfindən maraqla qarşılanır.

Şənbə günü keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Nigar İbrahimova (Gülyanaq) və aparıcı solist Makar Ferştandt çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəforov idarə edəcək.