Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir » Memur.az

Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir

Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir.

Yerdə qalan ərəb və fars mənşəli adlardır.

Memur.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adlarının hər birinin izahı, mənası verilib.

Sədr müavini əlavə edib ki, ümumiyyətlə, son illərdə ölkədə doğulan uşaqlara türk mənşəli adların qoyulması halları artıb:

“Xalq artıq tarixi köklərə qayıdır. Atilla və ya Aplarslan adlarının uşaqlara qoyulmasının nəyi pisdir axı?!”

S. Sadıqova qeyd edib ki, lüğət çap olunandan sonra “ASAN xidmət” mərkəzlərinə göndəriləcək.

Qeyd edək ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.