"Nizami" Kino Mərkəzi yeni layihə təqdim edir » Memur.az

"Nizami" Kino Mərkəzi yeni layihə təqdim edir

"Nizami" Kino Mərkəzi yeni layihə təqdim edir

Bakıda nömrə bir olaraq qalan "Nizami" Kino Mərkəzi daha bir yeni layihəyə qatılıb.

Dekabrın əvvəlindən etibarən "Nizami" Kino Mərkəzi British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, CoolConnections şirkəti ilə birgə şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şeksprin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edəcək.

Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şeksprin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.

Nümayiş oluncaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradacaq.

TheatreHD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15-nə planlaşdırılıb.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihə ilə əlaqədar verdiyi şərhdə deyib: “Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk və ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizlənirəm”.