Kral vəhhabi adətləri ilə adsız məzarda dəfn edildi » Memur.az

Kral vəhhabi adətləri ilə adsız məzarda dəfn edildi

Kral vəhhabi adətləri ilə adsız məzarda dəfn edildi

Ər-Riyadın İmam Turki bin Adullah məscidində Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Dualar oxunduqdan sonra kralın qızıl kəfənə bürünmüş cəsədi Al-Aud şəhər qəbiristanlığına aparılıb. Lent.az-ın məlumatına görə, vəhhabi adət-ənənəyə uyğun olaraq, cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.

Dəfn mərasimində ərəb ölkələrinin liderləri iştirak edib.

Qeyd edək ki, vida və dəfn mərasimində yalnız müsəlman dövlətlərinin liderləri iştirak ediblər.


**** 17.44

Ər-Riyadda vəfat etmiş kral Abdullah bin Əbduləziz Al Səudun dəfn mərasimi davam edir. Lent.az-ın məlumatına görə, yerli “Al-Xurra” telekanalı İmam Turki bin Adullah məscidindəki mərasimi canlı yayımlayır.


Dəfndə çoxlu ərəb liderləri və müsəlman dövlətlərin başçıları iştirak edir. Dualar ediləndən sonra mərhumun qızıl kəfənə bükülmüş cənazəsi məsciddən çıxarılıb.


Dünya liderləri Səudiyyə Ərəbistanının vəfat etmiş kralını müdrik siyasətçi və nəcib diplomat kimi qiymətləndiriblər.

Mərasim davam etdirilir.


*****

17:03

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün dəfn ediləcək. Lent.az-ın məlumatına görə, kralın dəfnində bir çox ölkələrin liderləri, o cümlədən Türkiyə prezidenti Ərdoğan da iştirak edir. Dəfn mərasimi öz maraqlı xüsusiyyətləri ilə seçilir. Belə ki, 90 yaşlı kralın dəfn mərasimi vəhhabi adətləri ilə həyata keçirildiyindən mərasimdə qeyri-müsəlmanların iştirakına icazə verilmir. Lakin ABŞ-ın vitse-prezidenti Co Bayden dəfn mərasimi başa çatandan sonra Ər-Riyada gələcək. Misir prezidenti Əbdülfəttah Əs-Sisi və İordaniya lideri kral Abdullah isə Davosdakı forumu yarımçıq tərk edərək birbaşa Ər-Riyada yola düşüb.
Yayılan xəbərlərdə o da qeyd olunur ki, kralın məzarının üstünə adı yazılmayacaq. Bundan başqa dövlət bayrağı üzərində kəlmeyi-şəhadət yazıldığı üçün endirilməyəcək. Ölkədə yas da elan edilməyəcək.
Kral paytaxtdakı İmam Turki Bin Abdullah məscidində dəfn ediləcək.
Bu gün axşam namazından sonra kral ailəsinin üzvləri, vəhabi imamlar, iş adamlarının iştirakı ilə məclis təşkil ediləcək. Həmin məclisdə Səudiyyə Ərəbistanının yeni kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud krallığa sadiqlik andı içəcək.