Bakıda 18+ filmin təqdimatı oldu » Memur.az

Bakıda 18+ filmin təqdimatı oldu

Bakıda 18+ filmin təqdimatı oldu

Dünən Bakıda "İki tüstü" filminin premyerası keçirilib.

Memur.az axar.az-a istinadən xəbər verir ki, baş rollarda gənc aktyorlar Səməndər Rzayev və Nəriman Abduləliyevin çıxış etdiyi 18+ filmdə xalq artisti Arif Quliyev də rol alıb.

Film iki gəncin narkotik maddə istifadə etdikdən sonra başlarına gələn qəribə və əyləncəli hadisələrdən bəhs edir. Macəra dolu həyat yaşayan gənclər sonda böyük bir sürprizlə qarşılaşırlar.

Xalq artisti Arif Quliyev isə epizodik rolda çıxış etməsinə baxmayaraq, yenə də hər kəsi güldürməyi bacarıb.

Filmin premyerasında əməkdar artist Vəfa Zeynalova, aparıcılar Şəhriyar Əbilov və Cavid Gül, aktyor Fərda Xudaverdiyev, rejissor-aktyor Ələkbər Əliyev, aktrisa Nigar Babayeva və başqaları iştirak ediblər.

Qeyd edək ki, filmin ssenari müəllifi Səməndər Rzayev, rejissoru isə Əlisəttar Quliyevdir.