Bulvarda bədbəxt hadisə xəbərinə rəis müavinindən SƏRT REAKSİYA » Memur.az

Bulvarda bədbəxt hadisə xəbərinə rəis müavinindən SƏRT REAKSİYA

Bulvarda bədbəxt hadisə xəbərinə rəis müavinindən SƏRT REAKSİYA

Bulvar İdarəsi Dənikənarı Parkda bədbəxt hadisənin olması ilə bağlı açıqlama verib.

Memur.az xəbər verir ki, musavat.com-un məlumatına görə, noyabrın 8-də Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

Bununla bağlı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-ın sorğusuna cavabında bu xəbərin doğru olmadığını və məsələnin araşdırılacağını bildirib: "Bulvarda belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Bu, yanlış məlumatdır. Xəbəri yayan saytla əlaqə yaratmaq istəyirdik. Sadəcə, bayram günü, qeyri-iş günü olduğu üçün xəbəri yayan saytın rəhbəri ilə əlaqə yarada bilmirik. Amma bu məsələ mütləq araşdırılacaq".