Kukla Teatrının yeni layihəsi “Xəzər” televiziyasında göstəriləcək » Memur.az

Kukla Teatrının yeni layihəsi “Xəzər” televiziyasında göstəriləcək

Kukla Teatrının yeni layihəsi “Xəzər” televiziyasında göstəriləcək

Yetişən nəsillərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, estetik zövqünün formalaşması və intellektual səviyyələrinin artırılması üçün maarifləndirmə missiyasını davam etdirən Kukla Teatrı daha bir maraqlı layihəsi ilə balacaları sevindirir.

Qurumdan Memur.Az-a verilən məlumata əsasən, teatrdın “Xəzər” televiziyası ilə birgə layihəsi olan “Bil Bil” adlı yeni uşaq verilişi artıq noyabrın 7-dən efirdə olacaq.

İdeya müəllifi və rejissoru Rövşən Nicat olan layihənin reallaşdırılmasında məqsəd uşaqlara əyləncə ilə tədrisi, tərbiyə və humanizmin təlqinini birgə göstərməkdir.

Teatrın aktyorlar Elnur Abasquliyev, Elnur Xəlilov, Elnarə Hacıyeva, Cavid Telman və eləcə də aktyorlarla iş üzrə rejissor Qurban Məsimov və teatrın baş rəssamı İqbal Əliyev bu layihədə əsas simalardır.

Xronometrajı yarım saat olan veriliş həftədə bir gün təqdim ediləcək.

Verilişin son 15 dəqiqəsində teatrın repertuarındakı tamaşalardan hissələr nümayiş olunacaq.