Körpə qız çayda boğuldu » Memur.az

Körpə qız çayda boğuldu

Körpə qız çayda boğuldu

Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 17 radələrində Qax rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub.

Hazırda Qax Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyidin axtarışlarını davam etdirirlər.

----------

11:53

KANAL S /REGİON TV xəbər verir ki, Qaxın Tanqıt kəndində bədbəxt hadisə yaşanıb. 2014-cü il təvəllüdlü Əsgərova Ayşən Natiq qızı itkin düşüb. Onun cayda batdığı ehtimal olunur. Belə ki, ötən gün axşam saatlarında azyaşlının nənəsi Əsgərova Fəzilə paltar yumaq üçün kəndin içindən keçən Axmaz çayına yollanıb və özü ilə nəvəsini də ora aparıb. Paltar yumağa başı qarışan qadın birdən uşağın yoxa çıxdığını başa düşüb. O, ətrafı axtarsa da körpəni tapa bilməyib və bundan sonra onun çaya düşdüyünü ehtimal edib. Hadisə barədə FHN-in yerli qurumuna məlumat verilib. Əraziyə xilasedicilər və texnika cəlb olunub. Çayın qarşısı kəsilib və uşağın axtarışları davam edir.