Ombudsman: “Məhkumlar seçkilərdə fəal iştirak edirlər” » Memur.az

Ombudsman: “Məhkumlar seçkilərdə fəal iştirak edirlər”

Ombudsman: “Məhkumlar seçkilərdə fəal iştirak edirlər”

Məhkumlar seçkilərdə fəal iştirak edirlər və bu özünü 4 saylı cəzaçəkmə müəssisəsində də göstərir.

Memur.az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova dilə gətirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadınlar üçün olan cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən E.Süleymanova bildirib ki, bu onun müşahidə apardığı ilk seçki məntəqəsədir.

Ombudsmanın qeyd etdiyinə görə, məhkumlar seçkilərdə fəal iştirak edirlər və bu özünü 4 saylı cəzaçəkmə müəssisəsində də göstərir.

Qeyd edək ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir.

Seçkilərdə 450 məhbus seçicinin iştirak edəcəyi gözlənilir.

Beş müşahidəçi seçki prosesini müşahidə edir.