Manat MDB-də ən sabit valyuta hesab olundu » Memur.az

Manat MDB-də ən sabit valyuta hesab olundu

Manat MDB-də ən sabit valyuta hesab olundu
Azərbaycanın milli valyutasının mübadilə məzənnəsi MDB-nin digər neft ixrac edən ölkələri ilə müqayisədə daha sabitdir.

Memur.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Dünya Bankının saytında bu gün dərc edilmiş "Xammalın ucuz qiymətləri və zəif valyuta" adlı məruzəsində bildirilib.

Məruzədə Azərbaycan manatının neftin yüksək qiymətləri dövründə möhkəmləndiyi, amma 2015-ci ilin fevral ayında milli valyutanın devalvasiyasından sonra real mübadilə məzənnəsinin faktiki dəyərə yaxınlaşdığı vurğulanır.

DB analitikləri hesab edirlər ki, manatın məzənnəsi neftin qiymətinin ucuzlaşması ilə baş verən devalvasiyadan sonra sabitləşib.

Ümumilikdə isə bank qeyd edir ki, neftin qiymətlərinin ucuzlaşmasından sonra, profisitin ixtisarı orta müddətli perspektivdə cari əməliyyatların hesabı Azərbaycanda ÜDM-in 5,2 faiz azalmasına gətirib çıxaracaq.

Bundan başqa, DB-nin proqnozlarına görə, dövlət investisiyaları 2015-2017-ci illərdə ÜDM-in 1,3 faizi qədər azalacaq, qeyri-neft sektorunda ÜDM ildə dörd faizə qədər azalacaq.

Bununla yanaşı, məruzədə deyildiyi kimi, qeyri-neft sektorunun investisiyaları 2016-2017-ci illərdə iri qaz kəmərlərinin inşaatı ilə əlaqədar artacaq.

DB-nin proqnozlarına görə, orta müddətli perspektivə Azərbaycanın icmal büdcəsinin çatışmazlığı 1,4 faiz ÜDM olacaq, 2015-ci ildə isə çatışmazlığın ÜDM-in 3,4 faizi miqdarında olacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan DB-yə 1992-ci ildə qoşulub.